top of page

Erqoterapiya nədir?

Erqoterapiya (rus dilində: эрготерапия) xüsusi ehtiyaclı uşaqları dəstəkləyir.

 

Erqoterapevt olaraq mən fiziki, hissi və əqli çətinliyi olan uşaqlara kömək eləyirəm ki, onlar öz həyatlarının müxtəlif sahələrində mümkün qədər müstəqil ola bilsinlər. Bu, təkbətək terapiya sessiyalarında uşaq və valideynlərlə birlikdə həyata keçirilir.

 

Erqoterapevtlər autizm, serebral iflic, onurğa beyininin qrıjası, daun sindromu, inkişaf ləngiməsi, beyin zədələnməsi, hissiyat problemləri, əlaqələndirmə problemləri, diqqət problemləri və genetik sindromlar kimi diaqnoz qoyulmuş uşaqlarla məşq edir.

 

Erqoterapiya haqqında daha çox məlumat əldə etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz.

bottom of page